Di Kaprio yenicə qazandığı "Oskar"ı restoranda unudub - VİDEO

Di Kaprio yenicə qazandığı "Oskar"ı restoranda unudub - VİDEO Aktyor və həmkarları mükafatı Los-Anceles restoranlarından birində qeyd edib
Şou-biznes
1 Mart , 2016 16:19
Di Kaprio yenicə qazandığı Oskarı restoranda unudub - VİDEO

Bakı. 1 mart. REPORT.AZ/ Fevralın 29-na keçən gecə "Sağ qalmış" filmində ən yaxşı kişi roluna görə "Oskar" mükafatı qazanan aktyor Leonardo Di Kaprio rəmzi heykəlciyi restoranda unudub.

"Report" xəbər verir ki, bu barədə məlumatı əməkdaşı mükafatı qeydetmə gecəsini lentə almağı bacaran TMZ portalı verib.

Di Kaprio və həmkarları mükafatı Los-Anceles restoranlarından birində qeyd edib. Aktyor restorandan çıxıb avtomobilə əyləşərkən içəridən bir nəfər qaçaraq heykəlciyi ona gətirib. Mükafatın yardımçılarından birinə verilməsini istəyən Di Kaprio başqa bir şəxsdən içki şüşəsi alıb.

Qeyd edək ki, Di Kaprio buna qədər 5 dəfə Amerika kinosunun ən nüfuzlu mükafatına namizəd olsa da, qalib gələ bilməmişdi.

Son xəbərlər

Orphus sistemi