Yuxarı

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib - VİDEO
Yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitib

Bakı. 11 noyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib.

“Report”un məlumatına görə, kinoteatrın işçiləri milli geyimdə bayraqlarla milli melodiyaları nağarada ifa edən müsiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində və "28 Mall" və "Ganjlik Mall"da gəziblər.

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qoşulublar, xatirə şəkilləri və selfi çəkdiriblər.

Yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi