“CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib - VİDEO

“CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib - VİDEO Yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitib
Şou-biznes
11 Noyabr , 2016 09:17
“CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib - VİDEO

Bakı. 11 noyabr. REPORT.AZ/ “CinemaPlus” kinoteatrlar şəbəkəsi Dövlət Bayrağı gününü qeyd edib.

“Report”un məlumatına görə, kinoteatrın işçiləri milli geyimdə bayraqlarla milli melodiyaları nağarada ifa edən müsiqiçilərin müşayiəti altında kinoteatrların foyelərində və "28 Mall" və "Ganjlik Mall"da gəziblər.

Qonaqlar və tamaşaçılar böyük məmnuniyyətlə bu yürüşə qoşulublar, xatirə şəkilləri və selfi çəkdiriblər.

Yürüş Dövlət Bayrağı meydanında Azərbaycan bayrağını simvolizə edən göy, qırmızı və yaşıl şarların göyə buraxılması ilə bitib. 

Son xəbərlər

Orphus sistemi