Yuxarı

“CinemaPlus” kinoteatrı Gəncədə qiymətləri endirib

On və daha çox uşaq ilə gələn bağçaların tərbiyəçilərinə giriş pulsuzdur

Bakı. 6 sentyabr. REPORT.AZ/ “CinemaPlus” Gəncədə biletlərə yeni qiymət tətbiq edib. 

“Report”un məlumatına görə, indi xüsusi qiymətlər təkcə böyüklər üçün deyil, həm də ailələr və uşaqlar üçün təqdim olunur.

Hər həftənin çərşənbə axşamı gəncəlilər üçün “CinemaPlus”da “Super gün” olacaq. Belə ki, vaxtından asılı olmayaraq biletə endirim qiyməti dəyişmir. Həmçinin, aksiyada 10 bilet alana 11-ci bileti pulsuz əldə etmək imkanı veriləcək.

Saat 10:00-dan 15:00-dək 10 və daha çox uşaq ilə gələn bağçaların tərbiyəçilərinə giriş pulsuzdur.

Qeyd edək ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi