“CinemaPlus” kinoteatrı Gəncədə qiymətləri endirib

“CinemaPlus” kinoteatrı Gəncədə qiymətləri endirib On və daha çox uşaq ilə gələn bağçaların tərbiyəçilərinə giriş pulsuzdur
Şou-biznes
6 Sentyabr , 2016 17:48
“CinemaPlus” kinoteatrı Gəncədə qiymətləri endirib

Bakı. 6 sentyabr. REPORT.AZ/ “CinemaPlus” Gəncədə biletlərə yeni qiymət tətbiq edib. 

“Report”un məlumatına görə, indi xüsusi qiymətlər təkcə böyüklər üçün deyil, həm də ailələr və uşaqlar üçün təqdim olunur.

Hər həftənin çərşənbə axşamı gəncəlilər üçün “CinemaPlus”da “Super gün” olacaq. Belə ki, vaxtından asılı olmayaraq biletə endirim qiyməti dəyişmir. Həmçinin, aksiyada 10 bilet alana 11-ci bileti pulsuz əldə etmək imkanı veriləcək.

Saat 10:00-dan 15:00-dək 10 və daha çox uşaq ilə gələn bağçaların tərbiyəçilərinə giriş pulsuzdur.

Qeyd edək ki, Gəncədə, Azərbaycanın ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının açılışı keçirilib. Kinoteatr Nizami 8 ünvanında, “Xəmsə Park” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşir.

Son xəbərlər

Orphus sistemi