"CinemaPlus"da "Dəniz kənarında" filminin nümayişi başlayıb

"CinemaPlus"da "Dəniz kənarında" filminin nümayişi başlayıb Filmin rejissoru Ancelina Colidir
Şou-biznes
11 Fevral , 2016 15:02
CinemaPlusda Dəniz kənarında filminin nümayişi başlayıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "Dəniz kənarında" melodramının nümayişinə başlanılıb. "Report" xəbər verir ki, ailəvi münaqişələr, davalar və göz yaşları, 70-ci illərin estetikası və Fransız Rivyerasının mənzərələrini özündə cəmləşdirən film üçün bu ssenarini Coli özü yazıb.

O, həmçinin filmin rejissoru kimi də çıxış edib. Ancelina öz rejissor karyerasında artıq Kinorejissorlar Gildiyasının mükafatını alıb. Yeni filmdə Ancelina Coli və Bred Pittdən başqa, Melani Loran, Melvil Pupo və Nils Arestrup iştirak edib.

Keçmiş rəqqasə Vanessa və onun əri, amerikalı yazıçı Roland ölkəni səyahət edir. Baxmayaraq ki, vaxt keçdikcə onlar bir-birindən uzaqlaşırlar, bir dənizkənarı şəhərcik hər şeyi dəyişir...

"CinemaPlus" Azadlıq prospekti,45 ünvanında, "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşir. Azərbaycanın premium kinoteatrı "28 Cinema" adını dəyişib. 

Son xəbərlər

Orphus sistemi