Yuxarı
    Bağlamaq

    "CinemaPlus"da daha bir romantik komediya nümayiş olunur - VİDEO

    Rollarda Natalya Medvedeva, Nikita Panfilov, Dmitriy Boqdan, Qarik Xarlamov və Nikita Ciqurda çəkilib

    Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycanın premium kinoteatrı "CinemaPlus"da "30 görüş" romantik komediyasının nümayişinə başlanılıb. "Report" xəbər verir ki, ekran əsərinin rejissoru Tatyana Kapitandır. 

    Rollarda Natalya Medvedeva, Nikita Panfilov, Dmitriy Boqdan, Qarik Xarlamov və Nikita Ciqurda çəkilib.

    Filmin süjet xəttinə əsasən şəxsi həyatını qurmaq məqsədilə baş qəhrəman ay ərzində hər gün tanış olmadığı şəxslərlə görüşmək qərarına gəlir. Hadisələr də məhz bundan sonra baş verir.

    Qeyd edək ki, "Azadlıq" prospekti,45 ünvanında "28 Mall" Ticarət Mərkəzinin 5-ci mərtəbəsində yerləşən kinoteatr adını dəyişib və dekabr ayından "CinemaPlus" adlanır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi