Yuxarı

​Britaniyanın əfsanəvi rok müğənnisi vəfat edib

O, il yarım xərçəngdən müalicə olunub

Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın tanınmış rok-müğənnisi Devid Boui uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, bu haqda onun "facebook" səhifəsində məlumat verilib.

O, il yarım xərçəngdən müalicə olunub.

Qeyd edək ki,o 1947-ci ildə yanvarın 8-də İngiltərədə anadan olub. Devid Boui rok-müğənnisi olmaqla yanaşı, mahnıların müəllifi, səs rejissoru, rejissor və aktyorluq da edib. O, yeni musiqiçi nəslinin yetişməsinə də təsir göstərib. Devid Boui novator musiqiçilərdən sayılırdı.

Boui 1969-cu ildə musiqi karyerasına İngiltərədə başlayıb. Həmin ildə onun mahnısı Britaniya hit-paradda ilk 5-liyə düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi