​Britaniyanın əfsanəvi rok müğənnisi vəfat edib

​Britaniyanın əfsanəvi rok müğənnisi vəfat edib O, il yarım xərçəngdən müalicə olunub
Şou-biznes
11 Yanvar , 2016 11:34
​Britaniyanın əfsanəvi rok müğənnisi vəfat edib

Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük Britaniyanın tanınmış rok-müğənnisi Devid Boui uzun sürən xərçəng xəstəliyindən sonra 69 yaşında vəfat edib.

"Report"un xəbərinə görə, bu haqda onun "facebook" səhifəsində məlumat verilib.

O, il yarım xərçəngdən müalicə olunub.

Qeyd edək ki,o 1947-ci ildə yanvarın 8-də İngiltərədə anadan olub. Devid Boui rok-müğənnisi olmaqla yanaşı, mahnıların müəllifi, səs rejissoru, rejissor və aktyorluq da edib. O, yeni musiqiçi nəslinin yetişməsinə də təsir göstərib. Devid Boui novator musiqiçilərdən sayılırdı.

Boui 1969-cu ildə musiqi karyerasına İngiltərədə başlayıb. Həmin ildə onun mahnısı Britaniya hit-paradda ilk 5-liyə düşüb. 

Son xəbərlər

Orphus sistemi