Yuxarı

Azərbaycanlı aktyorların çəkildiyi türk filminin nümayişinə başlanıb

Filmdə əsas rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa edib

Bakı. 13 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının istehsalı olan və baş rollarında azərbaycanlı aktyorların çəkildiyi “Kızkaçıran” komediyasının nümayişinə başlanıb.

"Report" xəbər verir ki, “Kızkaçıran” filminin ssenari müəllifi və rejissoru Korhan Uğurdur.

Filmdə əsas rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa ediblər.

Azərbaycanlı aktyorlarla yanaşı, ekran əsərində Emir Benderlioğlu, Çeren Benderlioğlu, Yüksel Unal və Aydan Burhan çəkiliblər.

Yol komediyası formatında çəkilən kinolent ərini izləyən qısqanc qadından və toyundan qabaq qaçırılan Gül adlı qızla evlənməyə hazırlaşan ərindən bəhs edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi