Azərbaycanlı aktyorların çəkildiyi türk filminin nümayişinə başlanıb

Azərbaycanlı aktyorların çəkildiyi türk filminin nümayişinə başlanıb Filmdə əsas rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa edib
Şou-biznes
13 May , 2016 20:16
Azərbaycanlı aktyorların çəkildiyi türk filminin nümayişinə başlanıb

Bakı. 13 may. REPORT.AZ/ Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının istehsalı olan və baş rollarında azərbaycanlı aktyorların çəkildiyi “Kızkaçıran” komediyasının nümayişinə başlanıb.

"Report" xəbər verir ki, “Kızkaçıran” filminin ssenari müəllifi və rejissoru Korhan Uğurdur.

Filmdə əsas rolları azərbaycanlı aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev ifa ediblər.

Azərbaycanlı aktyorlarla yanaşı, ekran əsərində Emir Benderlioğlu, Çeren Benderlioğlu, Yüksel Unal və Aydan Burhan çəkiliblər.

Yol komediyası formatında çəkilən kinolent ərini izləyən qısqanc qadından və toyundan qabaq qaçırılan Gül adlı qızla evlənməyə hazırlaşan ərindən bəhs edir. 

Son xəbərlər

Orphus sistemi