Yuxarı

Azərbaycanda “JARA” Beynəlxalq Musiqi Festivalı başlayıb

Festivalın təşkilatçıları arasında müğənni və bəstəkar Emin Ağalarov da var

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Beynəlxalq Musiqi Festivalı başlayır.

"Report"un məlumatına görə, iyulun 9-10-da Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunacaq festivalın iştirakçıları artıq paytaxtımızdadırlar.

Müğənni və bəstəkar Emin təşkilatçılığa dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Leyla Əliyevaya səmimi qəlbdən təşəkkür edib.

Beləliklə, festivalda Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və bir çox digər sənətçilər iştirak edəcəklər. Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı xalı, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar.

“JARA” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda işləyəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

“JARA” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram 2 gün üçün nəzərdə tutulubsa, gələn il artıq 3-4 gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq. Təşkilatçılar əmin edirlər ki, festival ən yüksək standartlara uyğun təşkil olunaraq Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi