Yuxarı

Azərbaycan, Gürcüstan və Rusiya sənətçiləri iki yeni uşaq tamaşası hazırlayır

Tamaşalar oktyabrın 22-də və oktyabrın 30-da təqdim olunacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında “Buzlar diyarı” və “Patrul köpəklər” adlı iki yeni uşaq tamaşası hazırlanır. Hər iki tamaşa azərbaycan və rus dillərində nümayiş olunacaq.

"Report" xəbər verir ki, “Buzlar diyarı” tamaşasının premyerası oktyabrın 22-də, “Patrul köpəklər” tamaşasının premyerası isə oktyabrın 30-da keçiriləcək.

Ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklaları Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları hazırlayıb.

Qeyd edək ki, balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq. Təşkilatçılar tamaşaçıları sevindirmək üçün daha bir sürpriz edib. İndi tamaşaçılar sevimli cizgi filmlərinin qəhrəmanlarını evlərində görmək şansı qazanıb. Belə ki, @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi