Azərbaycan, Gürcüstan və Rusiya sənətçiləri iki yeni uşaq tamaşası hazırlayır

Azərbaycan, Gürcüstan və Rusiya sənətçiləri iki yeni uşaq tamaşası hazırlayır Tamaşalar oktyabrın 22-də və oktyabrın 30-da təqdim olunacaq
Şou-biznes
19 Avqust , 2016 20:46
Azərbaycan, Gürcüstan və Rusiya sənətçiləri iki yeni uşaq tamaşası hazırlayır

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycan, Gürcüstan və Rusiya sənətçilərinin birgə layihəsi əsasında “Buzlar diyarı” və “Patrul köpəklər” adlı iki yeni uşaq tamaşası hazırlanır. Hər iki tamaşa azərbaycan və rus dillərində nümayiş olunacaq.

"Report" xəbər verir ki, “Buzlar diyarı” tamaşasının premyerası oktyabrın 22-də, “Patrul köpəklər” tamaşasının premyerası isə oktyabrın 30-da keçiriləcək.

Ən son səhnə texnologiyalarından və müasir audiovizual vasitələrdən istifadə etməklə hazırlanan tamaşalarda istifadə olunacaq geyimlər və kuklaları Moskvada yüksək səviyyəli peşəkar geyim rəssamları hazırlayıb.

Qeyd edək ki, balaca tamaşaçıların zövqünü oxşayacaq səhnə əsərləri tamaşaçılara unudulmaz təəssüratlar yaşadacaq. Təşkilatçılar tamaşaçıları sevindirmək üçün daha bir sürpriz edib. İndi tamaşaçılar sevimli cizgi filmlərinin qəhrəmanlarını evlərində görmək şansı qazanıb. Belə ki, @baku_afisha instagram səhifəsində keçirilən müsabiqənin nəticələrinə əsasən müəyyənləşdirilən üç qalibin evlərinə sevimli qəhrəmanları qonaq gələcək. 

Son xəbərlər

Orphus sistemi