Yuxarı

Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin ilk yarımfinalında çıxış edəcək

Avroviziya-2016 müsabiqəsinin yarımfinallarının püşkatması keçirilib

Bakı. 25 yanvar. REPORT.AZ/ "Avroviziya-2016" müsabiqəsinin yarımfinallarının püşkatması keçirilib.

"Report" xəbər verir ki, İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək mahnı müsabiqəsində Azərbaycan mayın 10-də baş tutacaq ilk yarımfinalın ikinci hissəsində çıxış edəcək.

İlk yarımfinalın ilk hissəsində Xorvatiya, Finlandiya, Moldova, Ermənistan, Yunanıstan, Macarıstan, Rusiya, San Marino, Hollandiya, ikinci hissəsində isə Kipr, Malta, Bosniya və Herseqovina, Estoniya, Çexiya, Monteneqro, İslandiya və Avstriya çıxış edəcək.

Qeyd edək ki, müsabiqənin finalı mayın 16-da Stokholmda "Globen Arena" konsert zalında keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi