Yuxarı
    Bağlamaq

    Arnold Şvartsnegger: "Donald Tramp, gəl iş yerlərimizi dəyişək"

    Aktyor bu yolla ABŞ prezidentinin tənqidlərinə cavab verib

    Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının keçmiş qubernatoru, məşhur aktyor Arnold Şvartsnegger prezident Donald Trampın tənqidlərinə cavab verərkən dövlət başçısına iş yerlərini dəyişdirməyi təklif edib.

    "Report" xarici KİV-ə istinadən xəbər verir ki, döyüş filmlərinin ulduzu "Twitter" səhifəsində D.Trampa cavab videosu yerləşdirib.

    A.Şvartsnegger video müraciətdə deyib: "Ey, Donald, əla ideyam var: gəl iş yerlərimizi dəyişək. Sən reytinqlər üzrə ekspert olduğundan qayıt teleməkana, mən isə sənin işinin başına keçim və insanlar da gecələr rahat yata bilsinlər".

    Qeyd edək ki, D.Tramp dünən Milli Dua Yeməyi zamanı "Məşhurların şagirdi" teleşousunun aparıcısı kimi uğurlu olduğunu, A.Şvartsneggerin aparıcılığa başladıqdan sonra isə verilişin reytinqinin aşağı düşdüyünü bildirərək məşhur aktyoru tənqid edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi