Yuxarı

"Amerika gözəli" müsabiqəsinin rəhbərliyi qalmaqal səbəbindən istefa verib

"Amerika gözəli" müsabiqəsinin rəhbərliyi qalmaqal səbəbindən istefa verib
Onlar qalib gələn iştirakçı qızlar barədə təhqiredici sözlər ifadə ediblər

Bakı. 24 dekabr. REPORT.AZ/ "Amerika gözəli" müsabiqəsinin üç rəhbəri iştirakçıları alçaltmaları ilə bağlı qalmaqaldan sonra istefa verib.

“Report” xəbər verir ki, bundan əvvəl mətbuat onların qalib gələn iştirakçı qızlar barədə təhqiredici şərhlərin olduğu elektron yazışmalarını dərc edib.

"Associated Press"in məlumatına görə, öz postunu "Miss America Organization"un icraçı direktoru, prezidenti və müsabiqənin münsiflər heyətinin sədri tərk edib.

Menecerlərin istefasını qalmaqallı yazışmalar dərc olunduqdan sonra "Amerika gözəli" titulunun sahibləri tələb ediblər. Onların bəziləri rəhbərliyə qadınların gələcəyinə ümid bəsləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi