Yuxarı

Aktyor Sami Naseri Moskvada dava salıb

Aktyor Sami Naseri Moskvada dava salıb
© РИА "Новости"

Bakı. 7 avqust. REPORT.AZ/ Fransalı aktyor Sami Naseri Rusiya paytaxtı Moskvanın Tverskaya küçəsində yerləşən barda qardaşı ilə istirahət edərkən naməlum şəxslərlə dalaşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, dava avqustun 5-nə keçən gecə baş verib, ancaq bu barədə yalnız indi xəbər tutulub.

S.Naseri polisə bildirib ki, bazar gününə keçən gecə "Voys" barında qardaşı Larbi ilə istirahət edərkən, təxminən, saat 2 radələrində naməlum şəxslərlə mübahisəsi düşüb. Nəticədə aktyorun üzünə əllə zərbə vurulub.

Fransız aktyor davadan sonra Sklifosovski adına Elmi Tədqiqat İnstitutuna müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi