Yuxarı

ABŞ-da "Qremmi" mükafatının qalibləri elan olunub

Dünyada ən nüfuzlu musiqi mükafatının 57-ci təqdimetmə mərasimi baş tutub

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-da "Qremmi" mükafatının 57-ci təqdimetmə mərasimi keçirilib. "Report" tədbirin rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı mahnı, ifa və alboma görə "Qremmi" mükafatını "Drunk in Love" mahnısı ilə müğənni Beyonse alıb. 

Britaniyalı ifaçı Sem Smit "Ən yaxşı ifaçı", "İlin ən yaxşı yazması", "İlin ən yaxşı mahnısı" və "Pop üslubunda ən yaxşı vokal albom" nominasiyalarında dörd mükafat alıb. 

İlin albomu ən yaxşı rok-plastin mükafatını ifaçı Bekin "Morning Phase" albomu qazanıb. "Ən yaxşı rep albomu" nominasiyasında mükafatı "The Marshall Mathers LP 2" albomu ilə Eminem qazanıb. 

"Qremmi" dünyada ən nüfuzlu musiqi mükafatı hesab olunur. O, 1959-cu ildən Amerika Səsyazma akademiyası tərəfindən verilir. Qalibləri akademiyanın üzvləri səsvermə yolu ilə müəyyən edirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi