Yuxarı

73-cü Venesiya Beynəlxalq Kinofestivalının açılışı olub

Festival sentyabrın 10-dək davam edəcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Hər il Venesiyanın Lido adasında keçirilən Beynəlxalq Venesiya Kinofestivalının təntənəli açılış mərasimi olub.

"Report" xəbər verir ki, 73-cü dəfə keçirilən Venesiya Kinofestivalının açılışı televiziya ilə canlı yayımlanıb.

Kinofestivalın açılışında dünyanın məşhur kino xadimləri iştirak edir.

Venesiya kinofestivalının açılışı "La La Lend" (La La Land) ekran əsərinin nümayişi ilə olub.

Filmdə baş rolu Emma Stoun ifa edib.

Kinofestivalın açılışında İtaliyada baş verənm dəhşətli zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib və bildirilib ki, nüfuzlu festivalın gəlirindən zəlzələdən zərər çəkənlərə yardım üçün istifadə ediləcək.

Festivalın açılış mərasimində tanınmış polyak kinorejissoru Eji Skolimovsko dünya kinematoqrafına verdiyi töhvələrə görə, "Qızıl Şir" mükafatı ilə təltif edilib.

Venesiya Kinofestivalının gündəliyində tanınmış rus rejissoru Andrey Konçalovskinin "Cənnət" filmi də yer alıb. Filmin nümayişi sentyabrın 8-də olacaq.

Qeyd edək ki, 73-cü Beynəlxalq Venesiya Kinofestivalı sentyabrın 10-dək davam edəcək.

Xatırladaq ki, Venesiya Film Festivalı 1932-ci ildə "Esposizione Internazionale d'Arte Cinematografica" adı ilə yaradılan, dünyanın ən qədim film festivalıdır. Bu festival hər ilə avqust ayının sonu və ya sentyabrın əvvəlində Venesiyanın Lido adasında keçirilir.

Festivalın əsas mükafatları - "ən yaxşı filmlərə verilən mükafat" "Qızıl Şir" və "ən yaxşı aktyor və aktrisalara verilən mükafat" "Volpi kuboku" dur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi