Yuxarı

3-cü "JARA Music Awards" mükafatının təqdimetmə vaxtı bəlli olub

​3-cü "JARA Music Awards" mükafatının təqdimetmə vaxtı bəlli olub

3-cü "JARA Music Awards" mükafatının təqdimatı 2020-ci il aprelin 4-də Moskvada keçiriləcək.

"Report"un xəbərinə görə, bu barədə "JARA" festivalının ilk günündə keçirilən mətbuat konfransında tədbirin aparıcısı Yana Çurikova məlumat verib.

Qeyd edək ki, mükafat ötən ilin nəticələrinə görə musiqi nailiyyətlərinə görə verilir.

"JARA Music Awards" musiqi mükafatının qalibləri tamaşaçılar və ən populyar artistlər, prodüserlər və şou-biznes xadimlərinin daxil olduğu münsiflər heyəti tərəfindən seçilir.

Musiqi mükafatının təsisçiləri və yaradıcıları Azərbaycanın xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMIN), "Russkoe radio" və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikov və Rusiyanın əməkdar artisti, müğənni Qriqori Lepsdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi