"Zəngin qız, fakir oğlan" da çəkilən aktyor Musiqili Teatra gəldi

"Zəngin qız, fakir oğlan" da çəkilən aktyor Musiqili Teatra gəldi Gənc aktyor Musiqili Teatrda fəaliyyət göstərəcək
Şou-biznes
25 Noyabr , 2014 14:08
Zəngin qız, fakir oğlan da çəkilən aktyor Musiqili Teatra gəldi

Bakı.25 noyabr. REPORT.AZ/ Uzun müddətdir Türkiyənin TRT 1 kanalında yayımlanan məşhur “Zəngin qız, fakir oğlan” bədii televiziya serialında Həkim Ramin obrazıyla azərbaycanlı tamaşaçılara da yaxşı tanış olan aktyor Nicat Həbibov bu yaxınlarda Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə xəbəri Musiqili Teatrın mətbuat xidməti yayıb. Gənc aktyor Nicat Həbibov mətbuata açıqlamasında “Musiqili Teatrda çalışmaq çoxdankı arzum idi. Bu arzumu həyata keçirmək üçün ötən ay teatrın direktoru Əliqismət Lalayevlə görüşdüm. Hər zaman gənclərə xüsusi diqqət və qayğısıyla seçilən Əliqismət müəllim məni hörmətlə qəbul etdi, dinlədi və illərdən bəri ürəyimdə gəzdirdiyim arzunu gerçəkləşdirdi. Artıq mən Musiqili Teatrın əməkdaşıyam. Hazırıda Şarl Peronun “Yatmış gözəl və cırtdanlar” tamaşasında baş rolun – Kral obrazının məşqlərinə başlamışam. İnanıram ki, mənə göstərilmiş etimadı doğruldacağam” - deyə Nicat Həbibov bildirib.

Qeyd edək ki, buna qədər gənc aktyor “Sübhün səfiri” filmində Mirzə Fətəli Axundzadənin gəncliyini, “Sirr”, “Döngələr”, “Son hədd” və s. bədii film və seriallarda baş qəhrəmanların obrazlarını canlandırıb. Nicat Həbibovun vokal imkanlarının olması Musiqili Teatrda çalışmasına bilavasitə kömək olacaq.

Son xəbərlər

Orphus sistemi