“Amazon” şirkətinin TV və film istehsalı bölməsi məşhur “Üzüklərin hökmdarı” (“The Lord of the Rings”) serialının bundan sonrakı çəkilişləri Yeni Zelandiyada yox, Böyük Britaniyada baş tutacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, birinci mövsümün çəkilişləri avqustun 2-də başa çatıb və növbəti çəkilişlər sentyabrda başlanacaq. Çəkilişlərin yekun mərhələsi 2022-ci ilin iyun ayınadək Yeni Zelandiyada davam etdirilsə də, ikinci mövsümün çəkilişləri Böyük Britaniyada aparılacaq. Bu barədə şirkət açıqlama verib.
Beləliklə, ingilis yazıçısı və Oksford Universitetinin professoru C.Tolkienin fantastik romanı əsasında ekranlaşdırılan serialın çəkilişləri ilk dəfə Yeni Zelandiya ərazisindən kənarda aparılacaq. Yeni Zelandiya iqtisadi inkişaf naziri Stuart Nəş bu qərardan məyus olduqlarını bildirib.