Bakı.17noyabr. REPORT.AZ/ Bu gün Nizami Kino Mərkəzində Türkiyənin yeni “Unutursam Fısılda” filminin qala gecəsi keçirilib.
"Report"un məlumatına görə, təqdimat mərasimindən əvvəl Nizami Kino Mərkəzində filmdə rol alan aktyorların fanatları böyük izdiham və çaxnaşma yaradıblar.
Anşlaqla keçən təqdimat mərasimi filmin nümayişi ilə davam edib. Türkiyənin məşhur "Taff Pictures" studiyasında, dram janrında özəl imzası olan mahir rejissor Çağan Irmakın lentə aldığı bu film qurduqları xəyalların dalınca qəsəbədən İstanbula qaçan Ayperi və gənc musiqiçi Tarıkın həyat yolundan bəhs edir. Ayperinin cavanlıq illərini bacarıqlı aktrisa Farah Zeynep Abdullah, Tarıkı - özünü Azərbaycan tamaşaçısına “şahzadə Mustafa” obrazı ilə sevdirən aktyor Mehmet Günsür, Erhanı isə Kerem Bursin oynayıb. Qala gecəsində rejissor Çağan Irmak, baş qəhrəmanları canlandıran aktyorlar və digər sənətçilər iştirak edəcəklər.
Qeyd edək ki, şəxsi səbəblərinə görə Tarık rolunun ifaçısı Mehmet Günsür Bakıya təqdimata gəlməyib.