“Universal Music Group” korporasiyanın rəhbəri koronavirusa yoluxdu

“Universal Music Group” korporasiyanın rəhbəri koronavirusa yoluxdu Dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music Group”un icraçı direktoru Lyuçiana Qreyncin koronavirus testləri müsbət nəticə verib.
Şou-biznes
283
16 Mart , 2020 13:33
“Universal Music Group” korporasiyanın rəhbəri koronavirusa yoluxdu

Dünyanın ən böyük səsyazma şirkəti olan “Universal Music Group”un icraçı direktoru Lyuçiana Qreyncin koronavirus testləri müsbət nəticə verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

İş adamı Los-Ancelesdəki Kaliforniya Universitetinin tibb mərkəzinə çatdırılıb. Cümə günü “Universal Music Group” işçilərindən birində yeni növ koronavirusa yoluxma halı aşkarladıqdan sonra Santa Monika şəhərindəki (Kaliforniya ştatı) qərargahının müvəqqəti bağlandığını elan edib.

“Variety” yazır ki, L.Qreync fevralın 29-da Kaliforniyadakı “Madison Golf Club”da 60 yaşını qeyd edib. Yubiley tədbirində bir sıra tanınmış amerikalı sahibkarlar, o cümlədən “Apple” şirkətinin direktoru Tim Kuk da iştirak edib.

Son xəbərlər

Orphus sistemi