Ukraynanın dörd şəhəri "Eurovision"u qəbul etmək istəyini bildirib

Ukraynanın dörd şəhəri "Eurovision"u qəbul etmək istəyini bildirib Müsabiqənin keçirilməsinə Kiyev, Odessa, Dnepropetrovsk və Lvov iddia edir
Şou-biznes
16 May , 2016 11:08
Ukraynanın dörd şəhəri Eurovisionu qəbul etmək istəyini bildirib

Bakı. 16 may. REPORT.AZ/ Ukraynanın dörd şəhərinin meri 2017-ci ildə "Eurovision" mahnı müsabiqəsini keçirməyə hazır olduqlarını bəyan edib.

"Report" "zn.ua" portalına istinadən xəbər verir ki, müsabiqənin keçirilməsinə Kiyev, Odessa, Dnepropetrovsk və Lvov iddia edir.

Kiyev şəhər meri Vitali Kliçko müsabiqənin keçirilməsi məkanı kimi "Olimpiyski" stadionunun nəzərdə tutulduğunu bildirib.

Odessa meri Gennadi Truxanov Ukraynanın "Eurovision-2017"ni yüksək səviyyədə keçirəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində, Dnepropetrovsk meri Boris Filatov müsabiqənin onların şəhərində keçirilməsi təklifiylə baş nazir Vladimir Qroysmana müraciət etməyə hazır olduğunu bildirib.

Lvov şəhər başçısı Andrey Sadovoy da "Eurovision" müsabiqasinə ev sahibliyi etmək istədiklərini dilə gətirib.

Qeyd edək ki, bu il müsabiqənin qalibi "1944" mahnısıyla Ukrayna təmsilçisi Camala olub. Ona görə də gələn il yarışma Ukraynada keçiriləcək.

Son xəbərlər

Orphus sistemi