Ukrayna Filip Kirkorovu "qara siyahı"ya daxil edib

Ukrayna Filip Kirkorovu "qara siyahı"ya daxil edib Rusiyanın tanınmış estrada müğənnisi Filip Kirkorov Ukraynanın təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib.
Şou-biznes
24 İyun , 2021 12:08
Ukrayna Filip Kirkorovu qara siyahıya daxil edib
Filip Kirkorov

Rusiyanın tanınmış estrada müğənnisi Filip Kirkorov Ukraynanın təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib.

“Report” “dw”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müğənni ilə bağlı qərar ölkənin Təhlükəsizlik Xidmətinin sorğusu əsasında qəbul edilib. Bundan sonra F.Kirkorovun iştirakı ilə keçirilən konsert və musiqili verilişlər Ukraynada yayımlanmayacaq. Lakin qadağanın səbəbi açıqlanmayıb.

F.Kirkorov Ukraynanın “qara siyahı”ya saldığı 201-ci şəxsdir. Rəsmi Kiyev bu ilin aprelində tanınmış rusiyalı reper Əlşir Valeyev (Morqenştern) də siyahıya daxil edib.

Adların “qara siyahı”ya salınması həmin şəxslərin iştirakı ilə televerilişlərin yayımlanmasını qadağan edir.

Son xəbərlər

Orphus sistemi