Bakı. 21 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış müğənnisi Zərrin Özər yerimə qabiliyyətini itirib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, o, son zamanlar ard-arda belindəki onurğa yırtığından cərrahiyyə əməliyyatı edilib. Ancaq bu əməliyyatlar nəticəsində Zərrin Özər yerimə qabiliyyətini itirib.
"Əməliyyatı edən həkim mənə belə dedi: "Zərrin xanım, mən bu işi bacarmadım. Nüfuzunuzdan, həyəcanladım". Bu kimi cümlələr qurdu. Belə iş olarmı heç?! Həkimin həyəcanı səbəbindən təkərli arabaya möhtacam", - Zərrin Özər bildirib.