Bakı. 12 mart. REPORT.AZ/ Türk pop musiqisinin tanınmış nümayəndəsi Erol Böyükburc evində ölü tapılıb.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, polislər müğənninin ölümü ilə bağlı evində tədqiqat aparıb və Erol Böyükburcun üzərində zorakılıq əlamətlərinin olmadığı müəyyən edilib.
Hələlik müğənninin ölümü ilə bağlı ətraflı xəbər verilmir.
79 yaşlı Erol Böyükburc 1936-cı il martın 22-də Adanada dünyaya gəlib. O, türk pop musiqisinə yenilik gətirən sənət adamı kimi xatırlanır.
Müğənninin qızı Aylan Böyükburc onun sənətini davam etdirib. Lakin 1999-cu ildə keçirdiyi avtomobil qəzasında həlak olub.