Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir

Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir 2015-ci ilin sentyabrında Kolumbiyada aparılan çəkilişlər zamanı iki kaskadyor-pilot Alan Purvin və Karlos Berl həlak olub
Şou-biznes
21 Sentyabr , 2017 17:32
Tom Kruz filmin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin ölümündə qismən günahkar hesab edilir
The Blast

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Amerikada hazırlanıb" ("Сделано в Америке") filminin çəkilişləri zamanı həlak olmuş təyyarəçilərin qohumları aktyor Tom Kruzun faciənin baş verməsində müəyyən günahının olduğunu bildiriblər.

"Report"un verdiyi xəbərə görə, bu barədə "The Blast" nəşri məhkəmə materiallarına istinadən xəbər verib.

"The Blast" 2016-cı ilin aprel ayında məhkəməyə təqdim edilmiş iddianın mətnini əldə edib. Sənəddə 2015-ci ilin sentyabrında Kolumbiyada aparılan çəkilişlər zamanı iki kaskadyor-pilot Alan Purvin və Karlos Berlin həlak olduğu göstərilib.

İddiada bildirilir ki, filmin rejissoru Daq Layman həmişə çəkiliş gününü uzadıb və "ideal görüntü" yaratmaq üçün təyyarəçiləri təhlükəli tryukları bir neçə dəfə təkrar etməyə məcbur edib. Tom Kruz isə buna etiraz etməyib.

Son xəbərlər

Orphus sistemi