“The Walt Disney Company”ə ilk dəfə qadın rəhbərlik edəcək

“The Walt Disney Company”ə ilk dəfə qadın rəhbərlik edəcək “The Walt Disney Company”nin Direktorlar Şurası qrupun rəhbərliyinə Syuzan Arnoldu gətirdiklərini açıqlayıb.
Şou-biznes
104
2 Dekabr , 2021 13:44
“The Walt Disney Company”ə ilk dəfə qadın rəhbərlik edəcək

“The Walt Disney Company”nin Direktorlar Şurası qrupun rəhbərliyinə Syuzan Arnoldu gətirdiklərini açıqlayıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, beləliklə, 98 illik tarixə malik bu məşhur əyləncə qurumunun rəhbəri ilk dəfə qadın olacaq.

Qeyd edək ki, 14 ildir “Disney”in Direktorlar Şurası üzvü olan 64 yaşlı S.Arnold 2018-ci ildən şuranın müstəqil baş direktoru vəzifəsini tutub. Bununla yanaşı, 8 ildir “Carlyle” beynəlxalq sərmayə şirkətinin rəhbərliyində təmsil olunub.

Son xəbərlər

Orphus sistemi