“Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq

“Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq Britaniyanın “Spice Girls” pop-qrupu 14 il ərzində ilk dəfə yeni mahnısını buraxacaq.
Şou-biznes
162
15 İyun , 2021 05:26
“Spice Girls” 2007-ci ildən sonra ilk dəfə yeni mahnısını buraxacaq

Britaniyanın “Spice Girls” pop qrupu 14 il ərzində ilk dəfə yeni mahnısını buraxacaq.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” bildirib.

Qeyd edilir ki, kollektivin keçmiş və hazırkı üzvləri qrupun məşhur olduğu “Wannabe” hitinin 25 illiyi şərəfinə toplaşacaqlar.

Məlumata görə, yeni mahnının adı "Feed Your Love"dur. Onu 9 iyulda dinləmək mümkün olacaq. Mahnını Ceri Xorner, Melani Çisxolm, Emma Banton, Melani Braun və Viktoriya Bekhem ifa edəcəklər.

Qeyd edək ki, “Spice Girls” qrupu 1994-cü ildə Böyük Britaniyada yaranıb. Qrup təxminən 10 il mövcud olub, sonra dağılıb. Lakin üzvlər 2018-ci ildə yenidən birləşib. Yalnız Viktoriya Bekhem geri qayıtmayıb. 2019-cu ildə “Spice Girls” qastrol səfərinə çıxıb. Onlar 13 konsert verərək, 4,5 milyon avro qazanıblar.

Son xəbərlər

Orphus sistemi