Sofi Loren xəstəxanaya yerləşdirilib

Sofi Loren xəstəxanaya yerləşdirilib Dünyaca məşhur aktrisa Sofi Loren budunu qırıb.
Şou-biznes
25 Sentyabr , 2023 02:51
Sofi Loren xəstəxanaya yerləşdirilib

Dünyaca məşhur aktrisa Sofi Loren budunu qırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Sophia Loren Restaurant” müəssisəsinin əməkdaşları bildiriblər.

Qeyd olunub ki, 89 yaşlı ifaçı xəstəxanaya yerləşdirilib.

“O, uğurla əməliyyat olunub”, - mətbuat üçün dərc olunan açıqlamada diqqətə çatdırılıb.

Qeyd edək ki, Sofi Loren italiyalı aktrisa və müğənnidir. O, “Hollivudun Qızıl Dövrü”nün son canlı ulduzlarından biridir və Amerika Film İnstitutunun 100 ən böyük ulduzu siyahısında 21-ci yerdədir.

İngilis versiyası Sophia Loren hospitalized

Son xəbərlər

Orphus sistemi