Sərxan Sərxan Bakıda konsert verəcək

Sərxan Sərxan Bakıda konsert verəcək Konsert iyunun 16-da Mahnı Teatrında baş tutacaq
Şou-biznes
584
8 İyun , 2015 12:35
Sərxan Sərxan Bakıda konsert verəcək

Bakı. 8 iyun. REPORT.AZ/ Müğənni, bəstəkar, əməkdar artist Sərxan Sərxan iyunun 16-da Rəşid Behbudov adına Mahnı Teatrında solo-konsert verəcək. 

"Report" xəbər verir ki, bu barədə məlumatı Mahnı Teatrının mətbuat xidməti yayıb.

S.Sərxan uzun illərdir Moskvada yaşasa da, hər il yay aylarında Bakıya qonaq gəlir və doğma vətənində konsert proqramı ilə çıxış edir. 

Qeyd edək ki, S.Sərxan 1952 -ci il iyunun 18-də Bakıda anadan olub. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin gitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi