Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO

Şou-biznes
  • 20 avqust, 2018
  • 13:09
Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO

Bakı. 20 avqust. REPORT.AZ/ Rusiyanın əməkdar artisti Alyona Apina Bakıda çəkdirdiyi “Gəl belə edək” klipini yayımlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, ekran işini azərbaycanlı rejissor Aslan Əhmədov ərsəyə gətirib.

O bildirib ki, Bakıda klip çəkmək onun çoxdankı xəyalı idi: “Bu klipi vətənimdə, Bakıda çəkdik. Məni seçib inandığı üçün Alyona Apinaya təşəkkür edirəm. Vətənimdə çəkilişlər aparmaq bu işi mənim üçün unudulmaz etdi”. 

Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO

44 filmi