Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcəklər

Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcəklər Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir
Şou-biznes
1746
24 Avqust , 2017 11:02
Röya və Miri Yusif Heydər Əliyev Mərkəzinin parkında konsert verəcəklər

Bakı. 24 avqust. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında əməkdar artist Röya Ayxan və Miri Yusifin konserti keçiriləcək.

Mərkəzdən “Report”a verilən məlumata görə, avqustun 26-sı saat 20.00-da başlayacaq konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim edəcəklər.

Heydər Əliyev Mərkəzinin parkındakı tədbirlərə giriş sərbəstdir. 

Qeyd edək ki, konsert proqramı Bakıda keçiriləcək klassik avtomobillərin yürüş və sərgisindən sonra baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi