Röya Ayxan Aygün Bəyləri məhkəməyə verib

Röya Ayxan Aygün Bəyləri məhkəməyə verib Bakı. 27 dekabr. REPORT.AZ/ Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.
Şou-biznes
27 Dekabr , 2017 16:48
Röya Ayxan Aygün Bəyləri məhkəməyə verib

Bakı. 27 dekabr. REPORT.AZ/ Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.

Bunu "Report"a R.Ayxanın vəkili Vamiq Şükürov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: "Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək".

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının "Səhər-səhər" verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

Son xəbərlər

Orphus sistemi