“Rokki” filminin aktyoru vəfat edib

“Rokki” filminin aktyoru vəfat edib Amerikalı aktyor Bert Yanq 83 yaşında vəfat edib.
Şou-biznes
19 Oktyabr , 2023 08:54
“Rokki” filminin aktyoru vəfat edib

Amerikalı aktyor Bert Yanq 83 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

“Oktyabrın 8-də Los-Ancelesdə vəfat edib. Onun 83 yaşı olub”, - nəşr qeyd edib.

Qeyd edək ki, birinci növbədə “Rokki” filmindəki Polli Pennino personajını canlandırması ilə tanınan aktyor “Oskar” mükafatına namizəd olub. Həmçinin onun məşhur işlərindən bəziləri “Çin məhəlləsi” və “Bir zamanlar Amerikada” filmləridir.

Son xəbərlər

Orphus sistemi