Rihanna Barbadosun səfiri olub

Şou-biznes
  • 21 sentyabr, 2018
  • 14:46
Rihanna Barbadosun səfiri olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və səlahiyyətli  səfiri təyin edilib.

"Report" CNN-ə istinadən xəbər verir ki, sənətçi təhsil, turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri təyin olunub. O, məşhur "Fenty" kosmetik firmasının sahibidir.