Pol Makkartni "Sony" şirkətini məhkəməyə verib

Pol Makkartni "Sony" şirkətini məhkəməyə verib Musiqiçi bu şəkildə öz bəstələri üzərində müəlliflik hüququnu geri qaytarmaq istəyir
Şou-biznes
19 Yanvar , 2017 06:22
Pol Makkartni Sony şirkətini məhkəməyə verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Britaniyalı musiqiçi Pol Makkartni əvvəllər tərkibində çıxış etdiyi "The Beatles" qrupunun mahnıları ilə əlaqədar "Sony/ATV" səsyazma şirkətini məhkəməyə verib.

"Report" xəbər verir ki, bu barədə "Hollywood Reporter" məlumat yayıb.

Məlumata görə, Makkartni, iddiaya görə 1962 və 1971-ci illər dövründə şəxsən müxtəlif səsyazma şirkətlərinə verdiyi "The Beatles"ın bir sıra mahnıları üzərində müəlliflik hüququnu özünə qaytarmaq istəyir.

Sonralar "Yesterday", "Hey Jude" və "Let It Be" də daxil olmaqla bir sıra bəstələr üzərində müəlliflik hüququnu musiqiçi Maykl Cekson alıb, ardınca isə onun ölümündən sonra onlar "Sony/ATV" şirkətinin ixtiyarına keçib.

Makkartninin vəkilləri Amerikanın müəllif hüquqları haqqında olan qanununa istinad edərək bildiriblər ki, 2018-ci ilədək bəstələr üzərində müəlliflik hüququnu geri qaytaracaqlarına ümid edirlər.

Son xəbərlər

Orphus sistemi