“Oskar” mükafatının təqdimetmə mərasimi təxirə salına bilər

“Oskar” mükafatının təqdimetmə mərasimi təxirə salına bilər Amerika Film Sənətləri və Elmləri Akademiyası 2021-ci ildə 93-cü “Oskar” mükafatlandırma mərasiminin təxirə salınması imkanını nəzərdən keçirir.
Şou-biznes
20 May , 2020 12:47
“Oskar” mükafatının təqdimetmə mərasimi təxirə salına bilər

Amerika Film Sənətləri və Elmləri Akademiyası 2021-ci ildə 93-cü “Oskar” mükafatlandırma mərasiminin təxirə salınması imkanını nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Variety” jurnalı məlumat yayıb.

Jurnalın mənbələrinin məlumatına görə, hələlik yekun qərar verilməyib. Hazırda "Oskar" mükafatının gələn il fevralın 28-də ABC teleşirkətinin canlı yayımında təqdim ediləcəyi planlaşdırılır. Jurnal tədbirin mümkün yeni keçirilmə tarixləri barədə məlumat verməyib.

Aprelin sonunda Amerika kino akademikləri koronavirus infeksiyasının yayılması ilə əlaqədar müvəqqəti olaraq onlayn nümayiş olunan filmlərin də “Oskar”a namizəd olmasına icazə verib. Buna qədər isə yalnız mükafatdan əvvəlki təqvim ilinin ən azı bir həftəsində Los-Ancelesdəki istənilən kommersiya kinoteatrında icarədə olan filmlər mükafata namizəd ola bilərdi.

Son xəbərlər

Orphus sistemi