Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir

Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir Naxçıvan şəhərində ilk dəfə keçirilən "Snowfest - Qış festivalı"nın açılış tədbiri keçirilir.
Şou-biznes
25 Dekabr , 2023 20:17
Naxçıvanda ilk dəfə “Snowfest-Qış festivalı” keçirilir

Naxçıvan şəhərində ilk dəfə keçirilən "Snowfest - Qış festivalı"nın açılış tədbiri keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində bayram əhval-ruhiyyəsində bəzədilmiş 30-a yaxın köşk quraşdırılıb.

Naxçıvanda ilk dəfə qurulan qış şəhərciyində müxtəlif xidmətlər və təamlarla tanış ola bilərsiniz. Burada milli mətbəximizlə yanaşı, dünya mətbəxinə məxsus təamlarından da dada bilərsiniz. 25 dekabrdan 7 yanvaradək keçiriləcək tədbirin hər günündə müxtəlif sürprizlər və yeniliklər olacaq.

Festivalda Azərbaycanın Xalq artisti Aygün Kazımova konsert proqramı ilə çıxış edir.

Son xəbərlər

Orphus sistemi