Musiqiçi Devid Boui ölümündən sonra "Brit Awards" mükafatına layiq görülüb

Musiqiçi Devid Boui ölümündən sonra "Brit Awards" mükafatına layiq görülüb Bu, dünyasını dəyişmiş şəxsə verilən ilk sözügedən mükafat olub
Şou-biznes
23 Fevral , 2017 02:20
Musiqiçi Devid Boui ölümündən sonra Brit Awards mükafatına layiq görülüb

Bakı. 23 fevral. REPORT.AZ/ Britaniyalı musiqiçi Devid Boui ölümündən sonra "Ən yaxşı britaniyalı ifaçı" nominasiyasında "Brit Awards" mükafatına layiq görülüb.

"Report" xəbər verir ki, təqdimetmə mərasimi Londonda keçirilib.

Mükafatı musiqiçinin əvəzinə aktyor Maykl Karlayl Holl alıb. Bu mükafat Bouiyə üçüncü dəfə verilib. O, "Brit Awards" tarixində ölümündən sonra mükafatlandırılan ilk ifaçı olub.

Boui 10 yanvar 2016-cı il tarixində 69 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi