Bakı. 26 yanvar. REPORT.AZ/ Britaniyalı musiqiçi Ed Şirana məxsus 1,5 milyon funt sterlinq (təxminən, 1,98 milyon dollar) dəyərindəki əmlakda yanğın olub.
Bu barədə "Report" "Daily Mirror"a istinadən məlumat verir.
Qəzetin yazdığına görə, musiqiçi bu xəbərdən şoka düşüb.
Hadisə yerinə üç yanğınsöndürən maşın gəlib. Yanğın vaxtında söndürülüb.