Məşhur amerikalı reper həbs olunub

Məşhur amerikalı reper həbs olunub "Nelly" cinsi zorakılıqda şübhəli bilinir
Şou-biznes
7 Oktyabr , 2017 22:39
Məşhur amerikalı reper həbs olunub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Amerikalı rep ifaçısı, "Nelly" ləqəbi ilə tanınan Kornell Heyns cinsi təcavüzə görə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TMZ nəşri məlumat yayıb.

Qeyd olunur ki, qadın polisə müraciət edərək ifaçının Vaşinqtona qastrola gəldiyi avtobusda onu zorladığını bildirib.

"Nelly" həbs olunub. Vəkili bildirib ki, onun müdafiə etdiyi şəxsə qarşı açılan iş uydurmadır.

42 yaşlı rep ifaçısı 4 "Qremmi" mükafatının sahibidir.

Son xəbərlər

Orphus sistemi