Məşhur aktyor koronavirusdan sağaldı

Məşhur aktyor koronavirusdan sağaldı Məşhur amerikalı aktyor Tom Henks həyat yoldaşı Rita Vilsonla birgə xəstəxanadan evə buraxılıblar.
Şou-biznes
471
17 Mart , 2020 13:41
Məşhur aktyor koronavirusdan sağaldı
Prensa Internacional/ Globallookpress

Məşhur amerikalı aktyor Tom Henks həyat yoldaşı Rita Vilsonla birgə xəstəxanadan evə buraxılıblar.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, cütlük kirayəyə götürülmüş evdə karantində qalacaqlar.

Qeyd edək ki, yanvarın sonu Tom Henks həyat yoldaşı ilə birlikdə Elvis Presli haqqında filmin çəkilişləri üçün Avstraliyaya gəlmişdilər. Daha sonra aktyor koronavirusa yoluxduğunu, lakin özünü yaxşı hiss etdiyini bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 162 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 183 660-a çatıb. Bunların 80 000 nəfəri sağalıb, 7 177 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi