Amerikanın məşhur aktyoru görmə qabiliyyətini itirib

Amerikanın məşhur aktyoru görmə qabiliyyətini itirib Bill Kosbi uzun zamandır keratokonus xəstəliyindən əziyyət çəkir
Şou-biznes
21 İyul , 2016 13:27
Amerikanın məşhur aktyoru görmə qabiliyyətini itirib

Bakı. 21 iyul. REPORT.AZ/ Amerikanın məşhur komediya aktyoru, rejissor, prodüsser Bill Kosbi görmə qabiliyyətini tamamilə itirib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, uzun zamandır gözündə problem olan 79 yaşlı aktyor keratokonus xəstəliyindən əziyyət çəkir.

Qeyd edək ki, Bill Kosbi dəfələrlə "Emmi", "Qızıl qlobus", "Qremmi" mükafatlarına layiq görülüb.

O, 2002-ci ildə dünyanın 100 görkəmli afroamerikalısının siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi