"Maşa və Ayı" yenidən Bakıya gəlir

"Maşa və Ayı" yenidən Bakıya gəlir Uşaqların sevimli qəhrəmanı Bakıda bir həftə qonaq olacaq
Şou-biznes
1627
21 Noyabr , 2014 11:43
Maşa və Ayı yenidən Bakıya gəlir
Bakı. 21 noyabr. REPORT.AZ/ Gürcüstanın "Multi-pulti dünyası" teatrı yenidən Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə Akademik Opera və Balet Teatrının yaydığı məlumatda bildirilib.

Belə ki, dekabrın 27,28,29,30 və yanvarın 2-3-də Opera və Balet Teatrının səhnəsində "Maşa və Ayı" tamaşasının yeni bölümlərinin premyerası olacaq. Tamaşalar rus və Azərbaycan dillərində nümayiş etdiriləcək.

Qeyd edək ki, Gürcüstanın "Multi-Pulti dünyası" teatrı ötən ilin dekabr və mart aylarında da, Bakıda tamaşa təqdim etmişdilər. Gürcü aktyorlar Maşa və Ayı rolunu ifa etsələr də, cizgi film qəhrəmanlarını Azərbaycan dilində əməkdar artist Məsmə Aslanqızı və Elnar Qarayev səsləndirib.  

Son xəbərlər

Orphus sistemi