KİV: “Conni Depp Cek Sərçə roluna qayıdacaq”

KİV: “Conni Depp Cek Sərçə roluna qayıdacaq” Conni Depp “Karib dənizinin quldurları”nın son filmindən 5 il sonra seriyanın yeni buraxılışında kapitan Cek Sərçə roluna qayıdacaq.
Şou-biznes
24 Noyabr , 2022 03:45
KİV: “Conni Depp Cek Sərçə roluna qayıdacaq”

Conni Depp “Karib dənizinin quldurları”nın son filmindən 5 il sonra seriyanın yeni buraxılışında kapitan Cek Sərçə roluna qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” tabloidi mənbələrə istinadən yazıb.

“Karib dənizinin quldurları”nın yeni filmindəki qonaqlar siyahısında Conni Deppin kapitan Cek Sərçə kimi geri döndüyü göstərilir”, - nəşr qeyd edib.

Tabloid bildirib ki, Depp daha əvvəl bu il franşizaya qayıtmayacağını söyləmişdi.

Qəzetin mənbələrinə görə, yeni filmin adı “Dənizdə bir gün”dür. Çəkilişlərin 2023-cü il fevralın əvvəlində Böyük Britaniyada gizli bir yerdə başlaması planlaşdırılır.

Məqalədə həmçinin vurğulanıb ki, franşiza sahibi olan “Disney” “hər şeyi mümkün qədər gizli saxlamaq” istəyir.

“Hər şey ilkin mərhələdədir və “Dənizdə bir gün” adlanan layihənin hələ də rejissoru yoxdur. Conninin istehsal tam başlamazdan əvvəl fevralın əvvəlində sınaq çəkilişi edəcəyi gözlənilir”, - mənbə bildirib.

Qeyd edək ki, “Karib dənizinin quldurları” seriyasının ilk filmi “Qara mirvarinin lənəti” 2003-cü ildə ekranlara çıxıb. Buraxılışdan sonra film bütün zamanların ən çox gəlir gətirən filmləri siyahısında 22-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi