“Eurovision 2020” koronavirusa görə təxirə salındı - YENİLƏNİB

“Eurovision 2020” koronavirusa görə təxirə salındı - YENİLƏNİB Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.
Şou-biznes
18 Mart , 2020 17:43
“Eurovision 2020” koronavirusa görə təxirə salındı - YENİLƏNİB
0 : 00
0 : 00

Bu ilin may ayında Niderlandda keçirilməli olan “Eurovision” mahnı müsabiqəsi koronavirusun yayılması riski səbəbi ilə rəsmi olaraq ləğv edilib.

“Report” xəbər verir ki, bu barədə təşkilatçıların “Twitter” hesabındakı məlumatında deyilir.

“COVID-19-un bütün Avropaya yayılması təhlükəsi, həmçinin iştirakçı ölkələrin hökumətləri, o cümlədən Niderland hökuməti tərəfindən tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq “Eurovision” müsabiqəsinin keçirilməsi mümkün deyil”, - rəsmi açıqlamada bildirilir.

Təşkilatçılar həmçinin qeyd edirlər ki, Avropa Yayım Birliyi (EBU) bu il “Eurovision”a ev sahibliyi etməli olan Rotterdam ilə birlikdə müsabiqənin 2021-ci ildə keçirilməsini müzakirə etməyə davam edəcək.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməli idi.


***15:05

“Eurovision 2020” mahnı müsabiqəsi Avropada koronavirus pandemiyasının yayılması səbəbindən ləğv edilib.

“Report” bir sıra xarici KİV-ə istinadən xəbər verir ki, təşkilatçıların bununla bağlı martın 19-da rəsmi məlumat verəcəyi gözlənilir.

Ehtimal olunur ki, iştirakçılar gələn il artıq bu il üçün elan edilmiş təmsilçiləri ilə çıxış edəcəklər. Həmçinin yarışmaçılar bu il müsabiqə üçün hazırlanan mahnılardan istifadə edə bilməzlər.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsinin mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılırdı.

Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil etməlidir.

Son xəbərlər

Orphus sistemi